"Roma"nın futbolçusu müqavilə müddətini uzatmaq üçün maaşının azaldılmasına razılıq verib

İtaliya təmsilçisi "Roma"nın özbəkistanlı hücumçusu Eldor Şomurodov klubu ilə müqavilə müddətini uzatmaq üçün maaşının azaldılmasına razılıq verib.

"Report" "Calciomercato.com" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı oyunçunun yeni sözləşməsi 1 illik nəzərdə tutulub.

Qeyd edək ki, E.Şomurodov cari mövsüm "cavavarlar"ın heyətində 30 oyun keçirib və 6 qol vurub. O, 2021-ci ildə "Cenoa"dan "Roma"ya keçib.

Xəbər lenti