"Roma"nı xorvatiyalı mütəxəssis çalışdıra bilər

İtaliyanın "Roma" klubunu xorvatiyalı mütəxəssis İvan Yuriç çalışdıra bilər.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, razılıq əldə olunsa, onunla "1+1" illik müqavilə bağlanacaq.

49 yaşlı mütəxəssis bu postda Daniele De Rossini əvəz edəcək.

Qeyd edək ki, ötən mövsüm "Torino"dan ayrılan İ.Yuriç “Verona”, “Cenoa”, “Krotone” və digər komandalarda da fəaliyyət göstərib.

Digər xəbərlər