"İngiltərə fiziki cəhətdən bütün xəttlərdə bizdən daha güclüdür, nəinki yarımmüdafiədə".
"Report" xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Roberto Mançini bildirib.
Onun sözlərinə görə, İngiltərə yığması güclü olmasaydı finala çıxmazdı: "Bu dolu stadionda böyük oyun olacaq".
Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda İtaliya və İngiltərə yığmaları arasında futbol üzrə Avropa çempionatının final oyunu baş tutacaq.
Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.