Bakı. 15 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosinçeki brifinq keçirib. "Report" xorvatiyalı mütəxəssislə müsahibəni təqdim edir:
- Qətərlə yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ qarşılaşmasına az vaxt qalıb. Yeni futbolçuları yoxladım. Qələbə qazandığımız üçün sevinirəm.
- Bəzi futbolçuların milli komandaya dəvət olunması xoş qarşılanmadı...
- Baş məşqçi mənəm. Heyəti mən müəyyənləşdirirəm. Əlbəttə, kimsə deyə bilər ki, filan oyunçu niyə çağırılmayıb. Qərarı mən verirəm.
- Kamran Ağayevi milliyə çağıracaqsınız? Qapını kimə etibar edəcəksiniz?
- Kamran Ağayev artıq "Boavişta"da əsas heyətdə yer almır. Səlahət Ağayev Qətərlə görüşdə yaxşı təsir bağışladı. Lakin zədələndi. Bilmirik necə olacaq. Hər şeyə rəğmən, Kamran Ağayev bizim bir nömrəli qapıçımızdır?
- Riçard Almeydanın bir günlük milli komandaya dəvət olunması nəyə hesablanmışdı?
- Almeydanın növbəti rəsmi oyunda oynayacağını bilirik. Lakin gələcəkdə çıxış edə bilər. Onun pasportu, sənədləri hazırlanır. Almaniya ilə matçda oynaya bilməyəcəyi üçün Qətərlə görüşdə onu oynatmadım.
- Almaniya ilə oyuna köklənmək çətin olmayacaq ki?
- Bizim üçün Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq. Almanlar nəinki qrupumuzun favoritidir, dünyanın ən yaxşı komandalarından biridir. Bu üzdən üzərimizdə heç bir təzyiq yoxdur.
- Sizinlə görüşən almaniyalı jurnalist bildirib ki, Azərbaycan minimum 0:5 uduzacaq. Yəni, arada bu qədər səviyyə fərqi var?
- Bəli, görüşümüz olub. Lakin bu barədə heç nə danışmamışıq. Ona dedim ki, bu matç Almaniya üçün çətin olacaq.
- Qətər Azərbaycanla görüşə hərbi sirr kimi yanaşır, görüntüləri təqdim etmir. Müasir futbolda bu nə dərəcədə doğrudur?
- Sizinlə razıyam. Niyə belə etdikləri mənim üçün də qaranlıq qalıb.
Robert Prosinçeki: "Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq"
Digər xəbərlər
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
06 noyabr, 2026 / 09:30
Azərbaycan Premyer Liqasında XI tura start verilir
06 noyabr, 2026 / 09:13
UEFA Avropa Liqası: Milan öz meydanında uduzub, Yuventus səfərdə qələbə qazanıb
06 noyabr, 2026 / 01:59
UEFA Konfrans Liqası: Trabzonspor öz meydanında məğlub olub
06 noyabr, 2026 / 01:57
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
05 noyabr, 2026 / 22:47
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
05 noyabr, 2026 / 21:46
Xocavənd komandası Zəfər naminə - Birlik Kuboku futbol turnirinin qalibi olub
05 noyabr, 2026 / 20:06
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
05 noyabr, 2026 / 19:49
Elvin Quliyev: Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər
05 noyabr, 2026 / 18:17
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib
05 noyabr, 2026 / 17:45
Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib
05 noyabr, 2026 / 17:44
İspaniyada 18 yaşlı hakimə hücum edən futbolçu 1 illik cəzalandırılıb
05 noyabr, 2026 / 17:13
Portuqaliya millisini tərk edən Ronaldu üçün xüsusi tədbir təşkil olunacaq
05 noyabr, 2026 / 17:08
Ağdamda futbol üzrə Zəfər naminə-Birlik Kuboku keçirilir
05 noyabr, 2026 / 16:59
Aftandil Hacıyev: İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir
05 noyabr, 2026 / 16:20
Barselonanın futbolçusu Jül Kunde Atletiko ilə oyunu da buraxacaq
05 noyabr, 2026 / 16:02
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
05 noyabr, 2026 / 15:37
Nəriman Axundzadə: Ərzurumsporda daha çox forma şansı qazanacağıma inanıram
05 noyabr, 2026 / 15:08
Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
05 noyabr, 2026 / 14:36
Kəpəzin futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb
05 noyabr, 2026 / 14:18