"Reyncers" yeni baş məşqçisinin adını açıqlayıb

Şotlandiyanın "Reyncers" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Barri Ferqyusona tapşırılıb.

Komandanın sabiq futbolçusu və kapitanı bu postda Filip Klementi əvəzləyib.

Qeyd edək ki, Qlazqo təmsilçisi hazırda Şotlandiya çempionatında 27 turdan sonra 56 xalla ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər