"Real" Vinisiusla müqavilə müddətini uzadıb

İspaniya təmsilçisi "Real" vingeri Vinisius Juniorla müqavilə müddətini uzadıb.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid kollektivi bunu klublararası dünya çempionatından sonra rəsmən açıqlayacaq.

Yeni müqavilənin 2030-cu ilə qədər qüxxədə olacağı bildirilir.

Qeyd edək ki, "Transfermarkt" portalı Vinisiusun bazar dəyərini 170 milyon avro qiymətləndirir.

Digər xəbərlər