"Real Madrid" və "Barselona"nın sabiq hücumçusu dünyasını dəyişdi

İspaniya millisinin sabiq futbolçusu Xusto Texada vəfat edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu 88 yaşında dünyasını dəyişib.

1961 - 1963-cü illərdə "Real Madrid"in formasını geyinmiş forvard bu komandanın heyətində iki dəfə La Liqa bir dəfə isə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, İspaniya millisində 8 oyun keçirən Xusto Texada "Barselona" və "Espanyol"un da şərəfini qoruyub.

Digər xəbərlər