"Real Madrid"in kapitanı koronavirusa yoluxdu

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos koronavirusa yoluxub.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçinin testi müsbət nəticələnib.

Komandanın kapitanı karantinə alınıb.

Qeyd edək ki, Serxio Ramos zədə səbəbindən "Real Madrid"in oyunlarında iştirak edə bilmir.

Digər xəbərlər

NBA oyunu təxirə salınıb 09 yanvar, 2026 / 09:41
UEFA Bavariyanı cəzalandırıb 08 yanvar, 2026 / 23:22