İspaniyanın "Real" klubu sol cinah müdafiəçisi Alvaro Karrerasla bağlı "Çelsi"nin (İngiltərə) 25 milyon avroluq transfer təklifini qəbul etməyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 23 yaşlı futbolçunun dəyərini minimum 50 milyon avro qiymətləndirir.
A.Karrerasın transferində "Real"ın sabiq, "Çelsi"nin hazırkı baş məşqçisi Xabi Alonso israr edir.
Qeyd edək ki, futbolçu 2025/2026 mövsümündə bütün turnirlərdə 40 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.