“Qızıl top”un sahibi futbolla “Formula 1”i müqayisə edib

“Qızıl top”un sahibi Kaka futbolla “Formula 1” yarışını müqayisə edib.

“Report” xəbər verir ki, Braziliya millisinin sabiq futbolçusu hər iki sahədə nəyin vacib rol oynadığını açıqlayıb.

Onun fikrincə, “Formula 1”də hər şeyi saniyələr həll edir: “Futbolda isə hər şey xırda detallardan asılıdır”.

Qeyd edək ki, Kaka karyerası ərzində “San Paulu” (Braziliya), “Milan” (İtaliya), “Real” (İspaniya) və “Orlando Siti” (ABŞ) klublarının formasını geyinib.

Digər xəbərlər