"Qəbələ" "Sabah"la yoldaşlıq görüşü keçirəcək

"Qəbələ" klubu "Sabah"la yoldaşlıq görüşü keçirəcək.

"Report"un bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, matç martın 23-də, saat 17:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasında 27 turdan sonra 16 xalla sonuncu pillədə qərarlaşıb. Hesabında 40 xal olan "Sabah" ikincidir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52