"Bu ildə son oyunumuz idi. Çətin olacağını bilirdik. "Neftçi" iddialı komandadır. Maraqlı oyun alındı. Hər iki komanda açıq futbola üstünlük verdi. Ümumi götürsək, komandanın çıxışından razı qaldım".
"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, 1 xal qənaətbəxş nəticədir: "Elə oyunlar olub ki, hər şeyi etmişik, amma uduzmuşuq. Qismətimizdə olan bu imiş. "Neftçi" də qələbəyə layiq idi".