"Qəbələ" məşqçisi ilə vidalaşdı

“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.

"Report"un məlumatına görə, “qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb. Klubda 2019-cu ilin oktyabrından çalışan mütəxəssis 2019/2020 mövsümündə məşqçi funksiyasını yerinə yetirib.

Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan Kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran futbolçular 23 top buraxıb.

“Qəbələ” Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.

Digər xəbərlər

Lionel Messinin atası vəfat edib 08 avqust, 2026 / 15:03