“Qəbələ” hollandiyalı futbolçu ilə yollarını ayırıb

Bakı. 17 may. REPORT.AZ/ “Qəbələ” klubu futbolçusu Dion Malon ilə yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıaşma ilə xitam verilib. 2017-ci yayından "Qəbələ"y keçən Malon 21 oyunda iştirak edib. 

O, Topaz Premyer Liqasında 18, UEFA Avropa Liqasında 3 oyun keçirib.

Digər xəbərlər