"Qarabağ" və "Zirə" komandaları arasında yoxlama görüşü keçiriləcək.
"Report" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma iyunun 20-də, saat 18:00-da start götürəcək.
Yoxlama görüşü "Azərsun Arena"nın məşq meydançasında təşkil olunacaq.
Qeyd edək ki, "Qarabağ" 2026/2027 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında, "Zirə" isə UEFA Konfrans Liqasında təmsil edəcək.