"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Kevin Medina ilə müqavilənin müddətini uzadıb.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, kolumbiyalı oyunçu 2020-ci ildən "köhlən atlar"ın formasını geyinir.

Digər xəbərlər