Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Fransanın "Nant" klubunun Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün sifariş etdiyi futbolçular açıqlanıb.

"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səfər matçında 20 oyunçu baş məşqçi Antuan Kambuarenin sərəncamında olacaq.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya (İspaniya), 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo (Kamerun), 27. Moyzes Simon (Nigeriya), 31. Mustafa Məhəmməd (Misir), 55. Abdul-Kader Bamba

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Digər xəbərlər