Azərbaycan Kuboku: "Qarabağ" "Keşlə"ni məğlub edib

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, son oyunda "Qarabağ" "Keşlə"ni qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 53-cü dəqiqədə İsmayıl İbrahimli vurub.

Qeyd edək ki, əvvəlki 3 görüşdə "Qəbələ" evdə "Sabah"ı 3:0, "Sumqayıt" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə yenib. "Səbail" - "Zirə" matçında isə hesab açılmayıb - 0:0. Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.

Digər xəbərlər