"Qarabağ"ın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub.
"Report" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri iyulun 16-da iki matça çıxacaq.
İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab”a (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.
Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivi (2:1) ilə üz-üzə gəlib.