UEFA Avropa Liqasında I qrupunun ilk tur matçında "Qarabağ"ı qəbul edəcək İsrailin "Makkabi" (Təl-Əviv) komandasının üzvləri növbəti dəfə koronavirus testindən keçib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün analizlərin nəticəsi mənfi çıxıb. Heç bir oyunçuda infeksiya aşkarlanmayıb.
Son bir neçə həftədə Təl-Əviv təmsilçisinin 12 futbolçusu virusa yoluxmuşdu ki, onların əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərdə iştirak edirlər.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.