"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ" klubunun futbolçusu Toral Bayramov zədələnib.

"Report"un məlumatına görə, 21 yaşlı cinah müdafiəçisi "Sabah"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyununda xəsarət alıb.

Bayramov 26-cı dəqiqədə Elvin Cəfərquliyevlə əvəzlənib.

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.

Digər xəbərlər

Napoli yeni transferini açıqlayıb 25 yanvar, 2026 / 13:25