"Qarabağ"ın müdafiəçisi zədələndi

"Qarabağ" "Zirə" ilə yoxlama oyununda itki ilə üzləşib.

"Report"un məlumatına görə, Ağdam klubunun futbolçusu Elvin Cəfərquliyev 37-ci dəqiqədə zədələnib.

21 yaşlı sol cinah oyunçusu kapitan Maksim Medvedevlə əvəzlənib.

Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və "Zirə" 2:0 hesabı ilə öndədir.

Digər xəbərlər