"Sabah" ciddi rəqibdir"
Bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Kadi Borges bu gün "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VI tur oyunu barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətini gücləndirdiyini bildirib: "Onların məqsədləri cari mövsüm yaxşı nəticələr qazanmaqdır. Biz də bunun fərqindəyik. Belə güclü komandaların çempionatda çox olması, rəqabətə davamlılıq mənim xoşuma gəlir. Bu, istənilən halda çempionata maraq qatır".
Qeyd edək ki, bu gün keçiriləcək "Azersun Arena"da keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 20:30-da başlayacaq.
Kadi Borgesin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.