"Qarabağ"ın futbolçusunun qolu qrup mərhələsinin ən yaxşısı olmağa namizəddir

UEFA Konfrans Liqasının qrup mərhələsində ən yaxşı qol adına namizədlər müəyyənləşib.

"Report"un məlumatına görə, siyahıda "Qarabağ"ın futbolçusu Kadi Borgesin də dəqiq zərbəsi yer alıb.

25 yaşlı yarımmüdafiəçinin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri II tur oyunundakı ilk qolu fərqləndirilib. Matçda dubla imza atan braziliyalı oyunçu 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb.

Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq. Borges səsvermədə 9 futbolçu ilə yarışır.

Digər xəbərlər