"Qarabağ"ın futbolçusu cəzalı duruma düşüb

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə cəzalı duruma düşüb.

"Report"un məlumatına görə, buna 26 yaşlı müdafiəçinin "Kəpəz"ə qarşı keçirdikləri XXI tur oyununda sarı vərəqə alması səbəb olub.

Mövsümdə 4-cü dəfə belə halla üzləşən Mustafazadə XXII turda "Sabah"la matçı buraxacaq.

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşmasında hələlik hesab açılmayıb.

Digər xəbərlər