"Qarabağ"ın Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.
"Report" "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.
Budapeştdəki cavab görüşünə isə avqustun 9-da saat 22:00-da start veriləcək.