"Qarabağ" legioneri ilə müqavilənin müddətini artırdı

"Qarabağ" klubu futbolçusu Abdullah Zubirlə müqavilənin müddətini uzadıb.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatmalı idi.

Digər xəbərlər