"Qalatasaray"ın sabiq prezidenti vəfat edib

Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Duygun Yarsuvat dünyasını dəyişib.

"Report"un məlumatına görə, funksioner 84 yaşında vəfat edib.

Qeyd edək ki, Duygun Yarsuvat 2014-cü ildə İstanbul təmsilçisinə rəhbərlik edib. O, "sarı-qırmızılar"da ən yaşlı prezident kimi də tarixə düşüb.

Digər xəbərlər

Neftçi 5 il sonra ilkə imza atıb 16 fevral, 2026 / 10:36