"Beşiktaş" və "Qalatasaray"ın oyununun saatı hava şəraitinə görə dəyişdi

Türkiyə Super Liqasının XXV turunda keçirilməsi planlaşdırılan daha bir oyunun başlama saatı dəyişdirilib.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Genclerbirliyi" - "Beşiktaş" oyunu da erkən saata salınıb.

Buna səbəb həftəsonu paytaxt Ankarada güclü qar yağışının gözlənilməsidir. Fevralın 15-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.

16:31

Türkiyə Super Liqasının XXV turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Kasımpaşa" oyununun başlama saatı dəyişdirilib.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb həftəsonu İstanbul şəhərində güclü qar yağışının gözlənilməsidir.

Fevralın 14-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.

Digər xəbərlər