"Qalatasaray"dan ayrılan futbolçu İstanbulun digər klubuna keçib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Rayan Donkun yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi "Kasımpaşa" ilə anlaşıb.

İstanbul təmsilçisi niderlandlı oyunçu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rayan Donk 2016-cı ildən "Qalatasaray"da çıxış edib. O, 2013 - 2016-cı illərdə də "Kasımpaşa"nın formasını geyinib.

Digər xəbərlər