Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura start verilir

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk olaraq iki oyun keçiriləcək.

Saat 16:00-da “Abşeron” - “Milli Aviasiya Akademiyası”, iki saat sonra "Azərreyl" - UNEC matçı baş tutacaq.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.

Xəbər lenti