PSJ-nin qapıçısı bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq

PSJ-nin və Rusiya yığmasının qapıçısı Matvey Safonov bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" Paris təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Qitələrarası Kubokun finalında "Flamenqo" (Braziliya) ilə keçirilən matçda əlindən zədələnib.

Qapıçının 4 həftə oynamayacağı bildirilib.

Qeyd edək ki, PSJ ilə "Flamenqo" arasında baş tutan final matçında (1:1) Fransa klubu penaltilər seriyasında 2:1 hesabı ilə qələbə qazanıb.

26 yaşlı qapıçı cari mövsümdə PSJ-nin heyətində müxtəlif turnirlərdə 4 matçda iştirak edib, bunların ikisində qapısını toxunulmaz saxlayıb. M.Safonov Rusiya millisinin heyətində meydana çıxdığı 17 matçda 12 qol buraxıb.

Digər xəbərlər