Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək.
"Report"un məlumatına görə, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XVII tur
18:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu
Qeyd edək ki, tura dekabrın 18-də "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Səbail" "Qəbələ"ni (3:0), "Araz-Naxçıvan" "Sabah"ı (2:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.