Premyer Liqa təmsilçisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest" baş məşqçisi Nuno Espirito Santo ilə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 51 yaşlı baş məşqçi 2023-cü ilin dekabrından komandaya rəhbərlik edir. “Nottingem Forest" ötən mövsüm Premyer Liqada yeddinci yeri tutub.

Digər xəbərlər