İtaliyanın "Latsio" komandasının hücumçusu Valentin Kastelyanos İngiltərə təmsilçisi "Vest Hem"ə transfer olunub.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Argentina millisinin futbolçusu ilə 4 il yarımlıq müqavilə bağlanıb. Sözləşmədə yer alan bəndə əsasən, müqaviləni daha bir il uzatmaq olar.
Qeyd edək ki, Valentin Kastelyanos 2023-cü ildən "Latsio"da çıxış edib və bu müddət ərzində 75 oyunda 16 qol vurub.