Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçinin müqavilə müddətini uzadıb

İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl" müdafiəçisi Fabian Şerlə müqavilə müddətini uzadıb.

"Report" forty”a istinadən xəbər verir ki, 33 yaşlı isveçrəli futbolçu 2026-cı ilin iyununa qədər "ağ-qaralar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Fabian Şer 2018-ci ildən “Nyukasl”da çıxış edir. O, bu müddət ərzində 221 oyuna çıxıb və 19 qol vurub.

Xəbər lenti