Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib

Misli Premyer Liqasının XXX turunda “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib.

“Report” xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş qolsuz yekunlaşıb.

“Araz-Naxçıvan” hazırda 52 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” isə “Sumqayıt”ı (2:1) məğlub edib.

Xəbər lenti

Tramp: Krım Rusiya ilə qalacaq 25 aprel, 2025 / 16:19