Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub - YENİLƏNİB - VİDEO

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, "dördlər finalı"nın təşkilatçısı Portuqaliya yığmasıdır. Fernandu Santuşun baş məşqçi olduğu komanda finalda Hollandiyaya qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.

Bununla da Portuqaliya millisi Santuşun rəhbərliyi altında ikinci titulunu əldə edib. Daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, bürünc medala penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.

Digər xəbərlər