"Çelsi" Portuqaliya klubunun futbolçusunu heyətinə qata bilər

İngiltərənin "Çelsi" klubu Portuqaliya təmsilçisi "Sportinq"də çıxış edən Usman Dyomande ilə maraqlanır.

"Report" "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" qarşıdakı transfer dönəmlərindən birində 22 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq niyyətindədir.

İngiltərənin digər klubu "Kristal Pelas" da oyunçunu yaxından izləyir.

Fildişi Sahilindən olan futbolçu müqaviləsindəki bəndə əsasən 80 milyon avro qarşılığında "Sportinq"dən ayrıla bilər.

Qeyd edək ki, Usman Dyomande cari mövsüm "Sportinq"in heyətində 11 matçda meydanda olub.

Digər xəbərlər