PFL rəsmisi: “Azərbaycan Premyer Liqası ilə bağlı iki şirkətlə danışıq aparırıq”

“Çempionatın adı ilə bağlı iki şirkətlə danışıqlar davam edir”.

“Report”un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatması zamanı deyib.

O, qarşıdakı günlərdə məsələnin həll olunacağını söyləyib.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 5-də başlayacaq.

Digər xəbərlər