Pavel Paşayevin komandası "Dinamo Kiyev"ə məğlub olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" komandası səfərdə "Dinamo Kiyev"in qonağı olub.

Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Millinin futbolçusu 90 dəqiqə meydanda olub.

Hazırda "Aleksandriya" 8 oyuna 4 xal ilə turnir cədvəlinin sondan ikinci pilləsində (11-ci) qərarlaşıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52