​Orxan Hüseynzadə "Dnepr"-"Olimpiakos" matçına təyinat alıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanlı Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

"Report" xəbər verir ki, həmyerlimiz fevralın 19-da Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində, Dnepropetrovsk şəhərində "Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) qarşılaşmasında UEFA nümayəndəsi olacaq.

Matçı idarə etmək Avstriyadan olan Robert Şerqenhoferə həvalə olunub.

Digər xəbərlər