Millimizin üzvləri Xocalı faciəsinin qurbanlarını yad etdi - FOTO

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad ediblər.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, onlar bu gün Xətai rayonu ərazisində ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Qeyd edək ki, U-19 hazırda Bakıda təlim-məşq toplanışındadır.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52