"Omoniya" - "Qarabağ" matçında qalmaqal baş verib

Kiprda "Omoniya" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının qrup oyununda qalmaqal baş verib.

"Report"un məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Kadi Borges 52-ci dəqiqədə hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib.

Bu zaman Nikosiya təmsilçisinin azarkeşləri meydana su şüşələri atıblar.

Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.

Digər xəbərlər