Neymara 7 oyunluq cəza verilə bilər

Fransanın PSJ klubunun futbolçusu Neymar 7 oyunluq cəza ilə üzləşə bilər. 

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, səbəb 28 yaşlı hücumçunun Liqa1-in II turunda evdə "Marsel"lə matçda rəqib oyunçu Alvaro Qonsalesi vurmasıdır. 

Braziliyalı forvard 4 - 7 oyunluq cəza ilə üzləşəcək. 

Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neymardan başqa, 4 oyunçu da qırmızı vərəqə ilə cəzalandırılıb.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31