"Neftçi" Rəhman Hacıyevi icarəyə verdi

"Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 il artırılıb.

Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.

Digər xəbərlər