Paraqvaylı Luis Ortis icarə əsasında “Sportivo Ameliano”dan “Neftçi”yə keçib.
“Report” xəbər verir ki, bu barədə “flaqman”ın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
İndiyədək yalnız Paraqvayda çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur.