"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, o, Çempionlar Liqasında I təsnifat mərhələsinin "Makkabi" Hayfa (İsrail) - "Kayrat" (Qazaxıstan) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, iyulun 7-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər xəbərlər