"Neftçi"nin sabiq futbolçusu Vyetnam klubuna keçdi

"Neftçi"nin sabiq futbolçusu Dario Frederikonun yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 30 yaşlı vinger karyerasını Vyetnamda davam etdirəcək.

Braziliyalı oyunçu "Hoşimin" klubu ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Dario Frederiko 2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinib. O, Azərbaycanda "Kəpəz" klubunun da şərəfini qoruyub.

Digər xəbərlər