Bakı. 8 aprel. REPORT.AZ/ "Neftçi"nin Müşahidə Şurasının ilk iclası keçiriləcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas "Bakcell Arena"da təşkil olunacaq.
Şura üzvləri aprelin 13-də keçiriləcək futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"lə oyundan öncə bir araya gələcək.
Qeyd edək ki, iclas 17:00-da başlayacaq.